Xərçəngə qarşı dünyada bir ilk – Yeni peyvənd hazırlandı

XƏBƏR XƏTTİ
BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Cəlilabadın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Dəfn pulu da artırılır•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Cəlilabadın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Dəfn pulu da artırılır•

Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq çərçivəsində xərçəngə qarşı yeni nəsil mRNA peyvəndi hazırlanıb.

Mecra.az xəbər verir ki, tədqiqatın məqsədi genetik risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaqdır.

Bildirilib ki, COVID-19 peyvəndlərində də istifadə olunan mRNA texnologiyası bu dəfə xərçəngin profilaktikasına yönəldilib və ilk klinik sınaqlara bu yay başlanması planlaşdırılır.

Peyvənd, əsasən, irsi “Lynch syndrome” daşıyıcılarını hədəf alır. Bu genetik vəziyyət DNT-nin bərpasına cavabdeh genlərdəki pozğunluqlarla bağlıdır və bağırsaq, yumurtalıq, uşaqlıq və digər xərçəng növlərinin riskini ciddi şəkildə artırır.

Məlumata görə, bu sindromu daşıyan bir çox insan vəziyyətindən xəbərsizdir və risk qrupunda olanların sayı minlərlədir.

Alimlərin açıqlamasına görə, mRNA əsaslı peyvənd bədənə birbaşa virus vermir, əksinə, immun sisteminə “genetik təlimat” göndərərək, onu anormal hüceyrələri tanımağa və məhv etməyə yönləndirir.

Bu mexanizm sayəsində immun sisteminin xərçəngə çevrilə biləcək hüceyrə dəyişikliklərini erkən mərhələdə aşkar etməsi hədəflənir.

İlk mərhələdə peyvəndin təhlükəsizliyi və optimal dozası sınaqdan keçiriləcək. İkinci mərhələnin isə 2027-ci ildə genişləndirilməsi nəzərdə tutulur.

Bildirilir ki, uğurlu nəticələr əldə olunarsa, bu yanaşma gələcəkdə digər xərçəng növlərinə qarşı peyvəndlərin hazırlanmasına da yol aça bilər. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt