Cəlilabadda bu məktəblərə şagird qəbulu elan edildi

XƏBƏR XƏTTİ
BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Cəlilabadın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Dəfn pulu da artırılır•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Cəlilabadın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Dəfn pulu da artırılır•

Cəlilabad rayonunda 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir.

Mecra.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə 2026/2027-ci tədris ilində X və XI siniflərdə təhsil alacaq şagirdlər müraciət edə bilərlər.

Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir.

Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:

Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi,

Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi

https://forms.gle/aEtFh2RtnEPSQJBY6

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.Yeni təmayül tədris modelinin əsas üstünlükləri:

Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;

Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;

Səriştəli müəllim kollektivi;

Aylıq sınaq imtahanlarının təşkili;

Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər. Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Qeydiyyat üçün link burda:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfT0l8oFf8Pc0zOOKtHjweB25ZtCvebu0GivzG34UfxpKjdNg/viewform  

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt