İcra başçısı Əliabad sakinləri ilə görüşdü – FOTOLAR

XƏBƏR XƏTTİ
İki nəfərin öldüyü “Şəki yaylası” istirahət mərkəzi bağlandı•Qulu Ağsəs: “Evdə yeganə gördüyüm iş çörək almaq və zibil atmaqdır…” – Müsahibə•Natiq Nağıyev vəzifəsindən azad edildi•Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu•Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•İki nəfərin öldüyü “Şəki yaylası” istirahət mərkəzi bağlandı•Qulu Ağsəs: “Evdə yeganə gördüyüm iş çörək almaq və zibil atmaqdır…” – Müsahibə•Natiq Nağıyev vəzifəsindən azad edildi•Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu•Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Əliabad kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.

Mecra.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisələrin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək son illərdə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

Daha sonra sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib.

Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt