Prezident İlham Əliyev Asəf Hacı oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Mecra.az xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, A. Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafındakı böyük xidmətlərinə görə bu yüksək mükafata layiq görülüb.
Görkəmli alim hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi vəzifəsini icra edir.
👁 58 baxış
