Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar

XƏBƏR XƏTTİ
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Xalidə Gözəl vəfat etdi•Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi – VİDEO•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Xalidə Gözəl vəfat etdi•Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi – VİDEO•

İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar.

Oxu.Az-ın “Sputnik Ermənistan” nəşrinə istinadən xəbərinə görə, bu barədə vəkil Roman Yeritsyan məlumat verib.

R.Yeritsyanın sözlərinə görə, söhbət onlarla hərbçidən gedir. Vəkil özü onlardan dördünün maraqlarını təmsil edir: Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan. İstisnasız olaraq hamısı bildirişlər alıb.

Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız bildirilib ki, yaşayış yeri o zaman onlara qanun pozuntuları ilə təqdim edilib, lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt