Abşeronun Hökməli qəsəbəsində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.
Mecra.az Xezerxeber-ə istinadən xəbər verir ki, küçələr və həyətlər su ilə dolduğundan piyadaların hərəkəti çətinləşib.
Bildirilib ki, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub. Sakinlərə vəziyyətin qismən aradan qaldırılması üçün icra hakimiyyətinin nasoslar təqdim etdiyi, eyni zamanda yanacaqla təminatın həyata keçirildiyi bildirilir.
Daha ətraflı videomaterialda:
👁 53 baxış
