Azərbaycanda Qurban bayramı qeyd olunur

XƏBƏR XƏTTİ
Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Xalidə Gözəl vəfat etdi•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Xalidə Gözəl vəfat etdi•

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Mecra.az xəbər verir ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır.

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.

Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Qurban bayramınız mübarək olsun!

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt