Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı həlak oldu

XƏBƏR XƏTTİ
Salyanda evə ildırım düşdü – VİDEO•Xəzər dayazlaşıb – Adalar materikə birləşib•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Salyanda evə ildırım düşdü – VİDEO•Xəzər dayazlaşıb – Adalar materikə birləşib•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•

Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.

Mecra.az  Modern.az-a istinadla xəbər verir ki, azərbaycanəsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib.

Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, Donetsk vilayəti istiqamətində baş verən şiddətli döyüşlərin birində həlak olub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan bəri hər iki tərəfdən döyüşlərdə iştirak edən və həyatını itirən azərbaycanlıların sayı yüzlərlə ölçülür. Müharibə qurbanları arasında həm Ukrayna ordusunda vuruşan yerli azərbaycanlılar, həm də Rusiyada yaşayan və bu ölkənin ordusuna cəlb olunan soydaşlarımız yer alırlar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt