Beynəlxalq miqyaslı  əhəmiyyətli  tədbir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün  böyük əhəmiyyət kəsb edən  tədbirdir.

Forumun əsas mövzusu-insanların mənzil təminatı, təhlükəsiz və dayanıqlı icmaların, şəhərlərin formalaşdırılması-xüsusilə aktualdır. Bu, şəhər ərazilərində yaşayan insanların adekvat mənzil və layiqli yaşayış şəraiti ilə təmin edilməsinin vacibliyini ön plana çıxarır.

Hesablamalar göstərir ki, yaşadığımız əsrin ortalarında dünya əhalisinin üçdə iki hissəsi şəhərlərdə yaşamağa üstünlük verəcəklər. Əhalinin, sakinlərin iri şəhərlərdə məskunlaşma məsələsi indi bəşəriyyəti narahat edən ən aktual problemlərdəndir. Həmin şəhərlərdə yaşayacaq sakinlərin rahatlığı, onların iaşə, mədəni, məişət və istirahət şəraiti, kommunal rahatlığı, ətraf mühitin qorunması və s. məsələlər ən çox düşünülən və öz həllini gözləyən məsələlərdir. WUF13 çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq. Sessiyada bu sahədə çox mühüm və bəşəriyyət üçün taleyüklü problemlər müzakirə olunur.

Bu möhtəşəm  tədbir müxtəlif tərəfləri bir araya gətirir:  “Azərbaycan 2021-ci ildən bəri davamlı şəhərsalma üzrə dialoq üçün mühüm milli platforma yaradaraq Milli Şəhərsalma Forumlarını aktiv şəkildə təşkil edir. Bu forumlar şəhərlərimizin və yaşayış məntəqələrimizin gələcəyini müzakirə etmək üçün cəmiyyətin müxtəlif tərəfdaşlarını bir araya gətirib. Onlar bizə milli koordinasiyanı gücləndirməyə, prioritetləri müəyyənləşdirməyə, təcrübə mübadiləsi aparmağa və siyasətimizi Yeni Şəhərsalma Gündəliyi ilə Davamlı İnkişaf Məqsədlərinin prinsiplərinə uyğunlaşdırmağa kömək edib”.

Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük bir məsuliyyət, həm də beynəlxalq birliyin və UN-Habitat-ın Azərbaycana olan güclü etimadının göstəricisidir: “Biz WUF13-ü mümkün edən bu tərəfdaşlığa və sıx əməkdaşlığa dərindən dəyər veririk. Bizim əməkdaşlığımız ortaq dəyərlər üzərində qurulub: davamlılıq, inklüzivlik, dözümlülük və şəhərlərin ilk növbədə insanlara xidmət etməli olduğuna dair ortaq inam”.

Ağadadaş Abbasov,

Təqaüddə olan dövlət qulluqçusu, memar

                                                                            

👁 3 baxış