Sabah hava necə olacaq?

XƏBƏR XƏTTİ
Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Ermənistan azan çobanı qaytardı•Yeni Komissiya yaradıldı – Sədri Şahin Mustafayevdir•Sabah 21° isti olacaq•Vətən müharibəsi qazisi ikinci oğlunu da hərbi xidmətə yola saldı – FOTO•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Ermənistan azan çobanı qaytardı•Yeni Komissiya yaradıldı – Sədri Şahin Mustafayevdir•Sabah 21° isti olacaq•Vətən müharibəsi qazisi ikinci oğlunu da hərbi xidmətə yola saldı – FOTO•

Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 21-də axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 23° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt