Qarabağ Universitetinin yeni rəsmi saytı istifadəyə verildi

XƏBƏR XƏTTİ
Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•

Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib.

Universitetdən Mecra.az-a verilən məlumata görə, müasir texnoloji tələblər və istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanmış https://qu.edu.az platforması universitetin fəaliyyəti barədə məlumatların daha operativ, əlçatan və sistemli şəkildə təqdim olunmasını təmin edir.

Bu, dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi “Drupal” platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Veb-sayt yenilənmiş dizaynı, təkmilləşdirilmiş strukturu və funksionallığı ilə seçilir. Platformada universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, eləcə də son xəbərlər və elanlar barədə ətraflı məlumatlar yer alır. Bununla yanaşı, sayt tələbələr, abituriyentlər, universitetin akademik və inzibati heyəti üçün vacib məlumatlara daha sürətli çıxış imkanı yaradır.

Saytın hazırlanmasında əsas məqsəd istifadəçilərə daha rahat naviqasiya imkanı təqdim etmək, informasiya əlçatanlığını artırmaq və universitetin rəqəmsal kommunikasiya imkanlarını genişləndirmək olub. Yeni platforma vasitəsilə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər daha geniş auditoriyaya çatdırılacaq.

Eyni zamanda veb-sayt universitetin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal mühitə inteqrasiyanın təmin edilməsi baxımından mühüm rol oynayacaq.

Qarabağ Universiteti hər kəsi yeni rəsmi veb-saytı izləməyə dəvət edir: https://qu.edu.az

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt