Sabah Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Mecra.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Balakən şəhərinin, 26 kəndinin və 1 qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.