AYB-nin qoyduğu son tarix bitib: Borclu yazıçılarla bağlı hansı qərar veriləcək?

XƏBƏR XƏTTİ
Əliyevlə Ərdoğanın səmimi anları – FOTOLAR•Qırmızıbazarda traktor minaya düşdü – Xəsarət alan var•Astarada 10-dan çox yaralının olduğu qəzanın səbəbi müəyyənləşdi: Adlar məlum oldu – FOTO•Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun – Təklif•Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir – Canlı•Sabah 16° isti olacaq•İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır•AYB-nin qoyduğu son tarix bitib: Borclu yazıçılarla bağlı hansı qərar veriləcək?•Əliyevlə Ərdoğanın səmimi anları – FOTOLAR•Qırmızıbazarda traktor minaya düşdü – Xəsarət alan var•Astarada 10-dan çox yaralının olduğu qəzanın səbəbi müəyyənləşdi: Adlar məlum oldu – FOTO•Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun – Təklif•Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir – Canlı•Sabah 16° isti olacaq•İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır•AYB-nin qoyduğu son tarix bitib: Borclu yazıçılarla bağlı hansı qərar veriləcək?•

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı borclarının ödənilməsi üçün yazıçılara verdiyi son müddət başa çatıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, birlik katibliyinin qərarına əsasən, əvvəlki illər üzrə yaranmış borclarını və 2026-cı ilin illik üzvlük haqqını noyabrın 1-dək ödəməyən şəxslərin qurumdan xaric edilməsi prosesinə başlanılıb.

Oxu.Az-a açıqlamasında AYB-nin mətbuat katibi Xəyal Rza məlumatı təsdiqləyib.

AYB-nin qoyduğu son tarix bitib: Borclu yazıçılarla bağlı hansı qərar veriləcək? - Foto

“Bəli, verilmiş vaxt bitib. Son müddətin başa çatmasından sonra neçə nəfərin AYB üzvlüyündən xaric ediləcəyi, ödənilməmiş üzvlük haqları üzrə ümumi borcun məbləği, borcunu ödəyə bilməyən yazıçılara əlavə vaxt verilib-verilməyəcəyi kimi məsələlər katibliyin növbəti toplantısında müzakirə ediləcək. Toplantının gələn həftə baş tutacağı gözlənilir. Qəbul olunacaq qərarlarla bağlı məlumat veriləcək”, – deyə X.Rza bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt