Babək prospektində maşın körpüdən aşdı – VİDEO

XƏBƏR XƏTTİ
Əliyevlə Ərdoğanın səmimi anları – FOTOLAR•Qırmızıbazarda traktor minaya düşdü – Xəsarət alan var•Astarada 10-dan çox yaralının olduğu qəzanın səbəbi müəyyənləşdi: Adlar məlum oldu – FOTO•Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun – Təklif•Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir – Canlı•Sabah 16° isti olacaq•İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır•AYB-nin qoyduğu son tarix bitib: Borclu yazıçılarla bağlı hansı qərar veriləcək?•Əliyevlə Ərdoğanın səmimi anları – FOTOLAR•Qırmızıbazarda traktor minaya düşdü – Xəsarət alan var•Astarada 10-dan çox yaralının olduğu qəzanın səbəbi müəyyənləşdi: Adlar məlum oldu – FOTO•Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun – Təklif•Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir – Canlı•Sabah 16° isti olacaq•İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır•AYB-nin qoyduğu son tarix bitib: Borclu yazıçılarla bağlı hansı qərar veriləcək?•

Bu gün paytaxtın Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb.

Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

***

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür. “Qafqazinfo”

 



Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt