Bu gün, saat 09:45-də Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb:
“Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır”.

Astarada sərnişin daşıyan mikroavtobusun qəzaya uğramasının təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə saat 11 radələrində rayonun Deqədi kəndində baş verib. Rayon sakini Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus marşrut üzrə hərəkətdə olarkən kənd ərazisində əyləc sistemində qəfil problem yaranıb. Nəticədə mikroavtobus idarəetmədən çıxaraq yolun kənarındakı qaz borusuna çırpılıb, daha sonra isə hasara dəyib.
Astara rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alanlardan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 10-dan artıq sərnişinə ilkin tibbi yardım göstərilib. Onlardan dörd nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, ikisi Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda xəsarət alanların müayinəsi davam etdirilir.
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb.
Mecra.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.
Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, mikroavtobusda olan 20-dək sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq, Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.