İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR

XƏBƏR XƏTTİ
Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•12 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•12 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Privolnoye kənd sakinləri ilə keçirib.

Mecra.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir.

Rafiq Cəlilov bildirmişdir ki, səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.

Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt