Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət – VİDEO

XƏBƏR XƏTTİ
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

 Mecra.az xəbər verir ki, açarların təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə Dövlət başçısı arasında təsirli söhbət olub.

Prezident özünü yaxşı hiss etmədiyini bildirən şəhid atasını yola salmaq üçün ayrıca göstəriş verib.

Bu, Prezidentin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Qeyd edək ki, Sarıyev Samir Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib.

 


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt