Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı

XƏBƏR XƏTTİ
“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

Mecra.az xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2002–2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifələrində çalışıb.

İqtisad elmləri doktoru olan keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları ilə həbs olunub.

İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev həbsi ilə əvəzlənib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. (Today Press TV).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt