Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO

XƏBƏR XƏTTİ
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. 

Mecra.az İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib.

Bu isə o deməkdir ki, evlərin hər biri plandadır.

Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təklif olunub: “Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu, bizi qane edir”.

Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, işlərə nə zaman başlanacağı məlum deyil.

Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ rayonu istiqamətindəki yol birləşəcək: “Mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihə əsasən, ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkətin təşkil olduğu yol ayrıcı, eləcə də Qaradağ istiqamətinə yan yol yaradılacaq”.

Daha ətraflı videomaterialda: 

bakidaki-bu-evler-isarelenib-sokuleceyi-gozlenilir

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt