Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi

XƏBƏR XƏTTİ
Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•Bu ərazilərə yağış yağır•Cəlilabadda ev yandı – VİDEO•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•Bu ərazilərə yağış yağır•Cəlilabadda ev yandı – VİDEO•

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Mahmudova həm də repetitor kimi fəaliyyət göstərib. O, şagirdlərindən birinin anasında külli miqdarda pul olmasını öyrənib və özünün guya qızıl biznesinin olduğunu deyərək onun inamını qazanıb. Bu yolla valideyndən 65 min manat alaraq ələ keçirib.

Məhkəmə valideynin müəllimə qarşı mülki iddiasını da təmin edib. Ondan 48 min manat məbləğin tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt