İlham Əliyev Zəngilandakı ilk yaşayış kompleksinin açılışında – FOTOLAR

XƏBƏR XƏTTİ
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib.

Mecra.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

 

















Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt