“Gündəlik dərsə cəmi 2 saat ayırırdım” – 300 bal toplayan Denis

XƏBƏR XƏTTİ
Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

İmtahandan maksimum – 300 bal toplayan şagirdlərdən biri də Denis Tişakovdur.

Mecra.az xəbər verir ki, AzEdu.az bu münasibətlə Denis ilə əlaqə saxlayıb.

İmtahana repetitor yanına getmədən, sadəcə məktəbdə öyrəndiklərimlə hazırlaşmışam:

“İmtahan nəticələrim açıqlananda düz 300 bal topladığımı gördüm. Əslində, yaxşı nəticə göstərəcəyimi və yüksək bal toplayacağımı əvvəlcədən təxmin edirdim, lakin maksimum nəticə – 300 bal toplamaq mənim üçün də xoş bir sürpriz oldu.

İmtahan zamanı heç bir fəndən çətinlik çəkmədim, suallar mənim üçün tam anlaşılan idi. Hazırda birinci ixtisas qrupu üzrə informatika istiqamətini seçmişəm. Artıq informatika üzrə müəyyən nailiyyətlərim və medalım da var”.

Gələcək hədəfim 11-ci sinifdə də eyni uğuru təkrarlayaraq 700 bal toplamaqdır:

“Gündəlik rejimimə gəldikdə isə, hazırlıq prosesində dərslərimə gün ərzində təxminən 2-3 saat vaxt ayırırdım. Bir çox həmyaşıdımdan fərqli olaraq, sosial media istifadəçisi deyiləm. “İnstagram” və bənzəri platformalarda hesabım yoxdur. Vaxtımı əsasən “WhatsApp” üzərindən ünsiyyətə və proqramlaşdırma sahəsində özümü inkişaf etdirməyə sərf edirəm.

Gələcək hədəfim 11-ci sinifdə də eyni uğuru təkrarlayaraq 700 bal toplamaqdır. Bunun üçün çox çalışacağam. Yüksək nəticə qazanmaq istəyən yoldaşlarıma tövsiyəm odur ki, dərsləri buraxmasınlar, qarşılarına məqsəd qoysunlar və səylə çalışsınlar”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt