Ağsu aşırımında sürüşmə – Yolun bir hissəsi bağlandı – FOTOLAR

XƏBƏR XƏTTİ
Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•

Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.

Mecra.az AZƏRTAC-a  istinadən xəbər verir ki, son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

Sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.

Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.

Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt