Cəlilabadlı şagirdlər ölkə kubokunun sahibi oldular – FOTOLAR

XƏBƏR XƏTTİ
Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi yekunlaşıb.

Mecra.az xəbər verir ki, Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli bağlanış mərasimi keçirilib.

Finalda respublikamızın ümumtəhsil müəsssisələrinin şagirdlərindən ibarət 11 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Cəlilabad rayon Musalı kənd tam orta ümumtəhsil məktəbininin şagirdlərindən ibarət “Musalı” komandası Respublika birincisi olaraq kubokun sahibi olub.

Cəlilabad Təhsil şöbəsinin müdiri İlkin Zeynalov qazandıqları möhtəşəm qələbə münasibəti ilə “Musalı” komandasının üzvlərini, məktəbin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Telman Mirzəyevi qəbul edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt