İqtisadi birlik gücləndikcə inkişafa inam artır

XƏBƏR XƏTTİ
Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninın Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev vurğulayıb ki,  İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, bəlkə də ən vacib bir sahə də unudulmayıb, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.

Müdafiə və təhlükəsizlik sahəsində, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun. Hər iki lider bir daha açıqlayıblar  ki, dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda Respublika Prezidenti Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər.

Yeganə Rzayeva,

Cəlilabad şəhəri,  9 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi

                                                                                                     

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt