Milli Konstitusiyamız dövlət quruculuğunun köklü prinsiplərini ehtiva edir

XƏBƏR XƏTTİ
Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•Avtomobil almaq istəyənlərin nəzərinə: Satış tarixi açıqlandı – Siyahı•Arif Mirzəyev vəfat etdi•Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan öldü•İcra başçısı Privolnoye sakinləri ilə görüşdü – FOTOLAR•Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi – VİDEO•Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq•Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı•Sabiq rəis xəstəxana direktoru təyin edildi•

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev siyasi sistemdə mövcud olan boşluğu doldurmaq üçün çox çətin fəaliyyətə girişdi. Tezliklə  müstəqil cəmiyyət quruculuğu prinsiplərini özündə ehtiva edən Əsas Qanun yaradılmalı idi. Ulu öndərimizin şəxsi təşəbbüsü və rəhbərliyi ilə bu çətin işə başlanıldı və dərin siyasi təfəkkürün məhsulu olan Milli Konstitusiya 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi ilə meydana gəldi.  O zamandan Əsas Qanun öz bəhrələrini verməkdədir. Elə bunun üçün də biz hər şeydən əvvəl ulu öndərimizə həmişə borcluyuq.

Azərbaycan xalqının dövlətçilik salnaməsi, bu salnamənin səhifələrinə həkk olunmuş mühüm hadisələr hər birimizə məlumdur. İyirminci əsrin əvvəllərində xalqımızın azadlıq yolunda mücadiləsinin bəhrəsi kimi əsrin sonlarında əldə olunan müstəqilliyimiz indi möhkəm əllərdədir.  Müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf proqramı olan Əsas Qanunumuz dövlətçiliyimizin inkişafında, qloballaşan dünyada yerimizin möhkəmləndirilməsində, xalqımızın rifah-halının yaxşılaşdırılmasında ən mühüm təməldir. Azərbaycanı bir dövlət kimi bütün dünyaya tanıtdıran, günü-gündən yeniləşən respublikamızın həyatını mühüm dəyişikliklərlə əks etdirən, iqtisadi və sosial strategiyamızı əsaslandıran ən əsas sənəd məhz milli Konstitusiyamızdır.

Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda,  dövlətçiliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Konstitusiyanın rolu çox mühümdür, Əsas Qanun müstəqillik əldə edən və ya hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, hüquqi dövlət quruculuğunu qarşıya məqsəd qoymuş  hər bir dövlətin onurğa  sütunudur. Dövlət quruculuğu ən əvvəl onun siyasi əsaslarının yaradılmasından başlanır. Bu mənada Konstitusiya cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün qarantıdır, dövlətin prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivəsini müəyyən edir, hüquqi tənzimləmə funksiyasını həyata keçirir, dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir.

Mirsüleyman Mirxaslı,

 YAP Cəlilabad rayon təşkilatının sədri  

 

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt