İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar olaraq şəhid ailələri ziyarət olunub.

Prezident İlham Əliyev tərəfindən respublikanın bütün bölgələrində şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.

Mecra.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində şəhid Murad Səlifovun ailə üzvlərinin yaşadığı ünvanda şəhid Vüqar İbadovun və şəhid Vüsal Cəfərovun ailə üzvlərinində iştirakı etdiyi görüşdə şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmışdır.

Süfrə ətrafında keçirilən görüşdə Rafiq Cəlilov 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandan və qəhrəman ordumuzun şücaəti sayəsində 44 gün ərzində azad olunduğunu bildirib.

Sonra ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə diqqətindən söz açan RİH başçısı bu müqəddəs ənənənin davam etdirildiyini söyləyib.

Ziyarət zamanı şəhid ailələri şəhidlərlə bağlı xatirələrini bölüşüb, ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi dəstəyə görə öz minnətdarlıqlarını bildiriblər.

👁 baxış