“Cəbrayıl deyir ki, ana, özünə bax, qardaşım, bacım üçün yaşamalısan…”

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

 

Şəhid əsgərimizin anası Məleykə xanım Məcra.az-a açıqlamasında Cəbrayılın doğum gününü məzarı başında qeyd edəcəklərini bildirib:

 

“Cəbrayılın 21 yaşı tamam olur. İndi elə İkinci Fəxri Xiyabana gedirəm, insanları dəvət etmişəm, ehsan süfrəsini də orda verəcəm. Cəbrayıl sentyabrın 28-də şəhid olub, 11-də isə ad günüdür. Ən gözəli doğum gününü oğlumun yanında keçirməkdir”.

 

Məleykə xanım Cəbrayılın həmişə yuxusuna gəldiyini deyib:

 

“Bir az səhhətimdə problemlər var, Cəbrayıl ona görə yuxularıma girir. Qardaşının, bacısının şəklini göstərir ki, deyir ki, ana, bunlar üçün yaşa, özünə bax. Yuxuda gülür, mənimlə söhbət edir. Amma yuxudan oyananda onunla danışdıqlarım beynimdən silinir”.

 

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də anadan olub. O, Vətən müharibəsində Murovdağ döyüşləri zamanı Kəlbəcər ərazisində şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif edilib.

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Vasif Əlihüseyn

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt