“Mehnur” reabilitasiya mərkəzinin işçilərindən yeni xəbər-Valideyn apelyasiya şikayəti verdi

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən şikayət verilib.

 

Məcra.az xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində məhkəmə qərarından apelyasiya şikayəti verib.

 

O, apelyasiya şikayətində hər 3 təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.

 

Artıq şikayət Bakı Apelyasiya Məhkəməsində icraata verilib. Yaxın günlərdə zərərçəkmişin şikayətinə baxılacaq.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər 3 təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.(APA)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt