Cəlilabadda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi

XƏBƏR XƏTTİ
Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•

Cəlilabad rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Mecra.az xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarmarkanın məqsədi kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığıdır.

Tədbirdə çıxış edənlər bildiriblər ki, toxum sərgi-satış yarmarkasının Cəlilabad rayonunda təşkili bölgədə kənd təsərrüfatının inkişafına, fermerlərin yüksək reproduksiyalı keyfiyyətli toxum əldə etməsinə və məhsuldarlığın artmasına töhfə verəcək. Həmçinin dövlət tərəfindən fermerlərə göstərilən dəstəyin və yaradılan imkanların əhəmiyyəti vurğulanıb (Report).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt