“Report”un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 19.10.2025-ci il tarixində saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.
Belə ki, 1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı artıb.
“Report”un Muğan bürosunun məlumatına görə, “VAZ-2106” markalı minik avtomobilinin “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alanların sayı beş nəfərə çatıb.
Xəsarət alanlar – Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Mecra.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “Mercedes” markalı minik avtomobilləri toqquşub və dörd nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

👁 baxış
