Cəlilabadda şəhid Elçin Ağayev adına küçə asfaltlandı – FOTOLAR

Cəlilabad şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mecra.az xəbər verir ki, şəhidi Elçin Mərifət oğlu Ağayev adına küçənin 240 metr hissəsində asfaltlanma işləri aparılıb.

Qeyd edək ki, Ağayev Elçin Mərifət oğlu 09 noyabr 2002-ci ildə Cəlilabad rayonunda anadan olub. Orta təhsilini Cəlilabad rayonu 7 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin Ağayev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması  zamanı 17 noyabr 2021-ci il tarixində şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ağayev Elçin Mərifət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN

 

👁 baxış