Şirvanda gənc qadın qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini Zivər Mirzəyeva ötən gün müəmmalı şəkildə dünyasını dəyişib.
Onun gecə yatdığı və səhər oyanmadığı bildirilib.
Digər məlumata görə, gənc qadın keçirdiyi cərrahiyyə əməliyyatından sonra vəfat edib.
Qeyd edək ki, 2 il əvvəl ailə həyatı quran qadın yenicə ana olubmuş.
***
TƏBİB Şirvanda əməliyyatdan sonra ölən gənclə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, 2001-ci il təvəllüdlü Zivər Mirzəyeva sentyabrın 5-i, saat 10:00 radələrində Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub: “2 saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.