Xəbər verdiyimiz kimi, ötən gün Lerik rayonunda Lənkərandan ziyarətə getmiş şəxslərin olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində 8 qadın vəfat edib. Sürücü və daha 7 sərnişin isə xəsarət alıb.
“Qafqazinfo” qəzada həlak olan qadınlardan 7-sinin və sürücü Səyyadov Səyyad Hacıbala oğlunun fotosunu təqdim edir:
Xatırladaq ki, Lerikin Zuvand kəndi yaxınlığındakı “Baba ocağı” ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroravtobusun sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə Xəlilova vəfat edib. Sürücü və avtobusun sərnişini olan daha 7 qadın xəstəxanalara yerləşdirilib. Onlardan sürücünün vəziyyətinin nisbətən yaxşı olduğu bildirilir. Digər yaralılar reanimasiya şöbəsində müalicə olunur.