Ermənistanın təxribat diversiya qrupunun hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun zabitləri Fərid Əhmədov və Əhməd Abdullayevin ölümündən 11 il ötür.
Qeyd edək ki, ki, Azərbaycan Ordusunun zabitləri Fərid Əhmədov və Əhməd Abdullayev 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olublar.
Döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da şəhid Milli Qəhrəman Mübariz İbrahimovla birlikdə qaytarılıb.
Şəhid baş leytenant Fərid Əhmədov İkinci Fəxri xiyabanda, şəhid mayor Əhməd Abdullayev isə Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.
Hər iki zabit ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə” medallarıyla təltif ediliblər.
Allah rəhmət eləsin!