“Ankara Medik Lab” klinikası 20 min manat cərimələndi-SƏBƏB

XƏBƏR XƏTTİ
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•

Gəncədə qeyri-qanunu fəaliyyət göstərən özəl klinika cərimələnib.

Məcra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki,  bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Səhiyyə Nazirliyinə Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən “Ankara Medik Lab” klinikasının lisenziyasız fəaliyyət göstərməsinə dair müraciət daxil olub.

Nazirliyin Tibbi Nəzarət şöbəsinin klinikada apardığı plandankənar yoxlamalar zamanı tibb müəssisəsinin həqiqətən lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilib. Bundan sonra klinikanın rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. Protokol daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə klinika 20 min manat cərimə edilib.

Nizam Rza

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt