Rəqsanənin həbsinin təfərrüatı məlum oldu

XƏBƏR XƏTTİ
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı – VİDEO•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı – VİDEO•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•

Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub. 

Mecra.az Milli.Az-a istinadən xəbər verir ki, o, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.

Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir.

Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub. Müğənni barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt