Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO

XƏBƏR XƏTTİ
Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı – KMBİ görüntüləri yaydı•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı – KMBİ görüntüləri yaydı•

Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Belə ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edib:

“Bu hadisə keçidlərdən istifadə etməməyin nə qədər təhlükəli və faciəvi olduğunu bir daha göstərdi. Tələsik qərar verərək yolun hərəkət hissəsindən keçməyin. Məqsədiniz yolun bir tərəfindən digər tərəfinə daha tez çatmaq istəyi olacaqsa, dayanın! Hərəkət hissəsindən yox, keçidlərdən istifadə edin!”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt