İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur

XƏBƏR XƏTTİ
Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı – KMBİ görüntüləri yaydı•“Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar”•Hamilə qadın “ASAN xidmət”in qarşısında qətlə yetirildi: Qardaşı saxlanıldı•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı – KMBİ görüntüləri yaydı•“Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar”•Hamilə qadın “ASAN xidmət”in qarşısında qətlə yetirildi: Qardaşı saxlanıldı•

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Agentliyinin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət etmişdi.

Sosial şəbəkə hesabındakı paylaşımında Teymur Hacıyev əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara (red-töhmətlə işdən çıxarılma) etiraz edərək işdən azad olunması üçün yetərli hüquqi əsas olmadığını bildirmişdi.

Trend-in əldə etdiyi məlumata görə, Teymur Hacıyevin işdən azad olunmasına səbəb onun çalışdığı qurumda tabeliyində olan xanım əməkdaşlardan biri ilə sevgi münasibətləri yaşaması olub.

Evli olan Teymur Hacıyev DOST Agentliyində çalışan L.İ. adlı xanımla sevgi münasibətlərində olub və onlar ayrıldıqdan sonra da israrla xanım əməkdaşla münasibətləri bərpa etməyə çalışıb. Xanım əməkdaşın rəhbərliyə şikayətindən sonra daxili araşdırılma aparılıb və hər iki əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, T.Hacıyev açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulan qərara etiraz edib. O bildirib ki, barəsində irəli sürülən ittihamlar xidməti araşdırmalar zamanı təsdiqini tapmayıb, buna baxmayaraq, işdən çıxarılması məsələsi gündəmə gətirilib.

O, noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini də iddia edib.

T.Hacıyev məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin əlilliyi səbəbindən xüsusi təhsil, reabilitasiya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. O, işini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin və övladının reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb.

Qurum əməkdaşı əmək münasibətlərini öz ərizəsi ilə dayandırmaq niyyətində olmadığını və işinə davam etdirmək istədiyini bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt