Azərbaycanlı Rusiyada eks-sevgilisini qətlə yetirib – VİDEO

XƏBƏR XƏTTİ
Motosikletlə məktəblini vurub qaçdı – VİDEO•Azərbaycanlı Rusiyada eks-sevgilisini qətlə yetirib – VİDEO•Azərbaycanda nazir müavininin oğlunun toyudur – Rusiyalı blogerlə ailə qurur – FOTO•Sabah hava necə keçəcək?•Bu müəllimlər sertifikasiya olunacaq – Tarix AÇIQLANDI•Bu institutun adı və loqosu dəyişdirildi•Media və Yayım Şurası media subyektlərinə çağırış etdi•Şəhidin ata-anası qəzada yaralandı – Fotolar•Motosikletlə məktəblini vurub qaçdı – VİDEO•Azərbaycanlı Rusiyada eks-sevgilisini qətlə yetirib – VİDEO•Azərbaycanda nazir müavininin oğlunun toyudur – Rusiyalı blogerlə ailə qurur – FOTO•Sabah hava necə keçəcək?•Bu müəllimlər sertifikasiya olunacaq – Tarix AÇIQLANDI•Bu institutun adı və loqosu dəyişdirildi•Media və Yayım Şurası media subyektlərinə çağırış etdi•Şəhidin ata-anası qəzada yaralandı – Fotolar•

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi keçmiş sevgilisinə bıçaqla hücum edərək qətlə yetirib.

Mecra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Kalininsk rayonunda qadınlara yardım mərkəzinin qarşısında baş verib.

Hadisə binanın müşahidə kameralarına əks olunub.

Görüntülərə əsasən, qadını izləyən həmin şəxs o, binaya daxil olarkən hücum edir. 8 bıçaq zərbəsi endirdikdən sonra onun boğazını kəsir.

Hadisə yerindən bir qədər uzaqlaşan 28 yaşlı azərbaycanlı şəxs daha sonradan polisə zəng vuraraq əməli barədə məlumat verib.

Bildirilib ki, Rusiya vətəndaşlığı olan həmin şəxs Dağıstanda da yaşayıb. Onun üç uşağının olduğu, sonuncunun isə qətlə yetirilən qadından olduğu qeyd olunub.

İlkin məlumata görə, qadın keçmiş sevgilisi tərəfindən dəfələrlə şiddətə məruz qalıb və sentyabrda qadınlara yardım mərkəzinə sığınıb.

Rusiya “Telegram” kanallarında isə hadisəni törədən şəxsin fotosu yayılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt