Bakı-Qazax yolunda daha bir körpü sökülür – Səbəb

XƏBƏR XƏTTİ
İcra başçısı vətəndaşların müraciətlərini dinlədi – FOTOLAR•Bakı-Qazax yolunda daha bir körpü sökülür – Səbəb•Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa•Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı•Meyiti tapılan Astara sakini ilə bağlı yeni detallar•Biləsuvarda evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı•Cəbrayılda şirkət işçilərinin qaldığı tikili yandı•Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi – VİDEO•İcra başçısı vətəndaşların müraciətlərini dinlədi – FOTOLAR•Bakı-Qazax yolunda daha bir körpü sökülür – Səbəb•Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa•Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı•Meyiti tapılan Astara sakini ilə bağlı yeni detallar•Biləsuvarda evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı•Cəbrayılda şirkət işçilərinin qaldığı tikili yandı•Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi – VİDEO•

M2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür. Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.

Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan-Güzdək avtomobil yolunun 2.2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.

Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.

Görülən işlərin əsas məqsədi mövcud yol infrastrukturunun etibarlılığını artırmaq, hərəkət təhlükəsizliyini gücləndirmək və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etməkdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt