Meyiti tapılan Astara sakini ilə bağlı yeni detallar

XƏBƏR XƏTTİ
Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa•Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı•Meyiti tapılan Astara sakini ilə bağlı yeni detallar•Biləsuvarda evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı•Cəbrayılda şirkət işçilərinin qaldığı tikili yandı•Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi – VİDEO•DTX kriminal şəbəkənin rəhbərini həbs etdi – FOTO•Azərbaycanda müəllimi maşın vurub öldürdü•Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa•Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı•Meyiti tapılan Astara sakini ilə bağlı yeni detallar•Biləsuvarda evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı•Cəbrayılda şirkət işçilərinin qaldığı tikili yandı•Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi – VİDEO•DTX kriminal şəbəkənin rəhbərini həbs etdi – FOTO•Azərbaycanda müəllimi maşın vurub öldürdü•

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Mecra.az xəbər verir ki, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.

İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.

Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.

Boş sahədə olarkən – magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.

İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt