Qazaxıstanlı alimlərin hazırladığı xərçəng əleyhinə ilk preparatın 2027-ci ilin ortalarında ölkə bazarına çıxarılması planlaşdırılır.
Oxu.Az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə açıqlayıb.
Nazirin sözlərinə görə, preparatın hazırlanmasında gecikmə klinik sınaqlara qoyulan ciddi tələblərlə bağlıdır.
Nurbek bildirib ki, sınaqların birinci mərhələsi uğurla başa çatıb və alimlər ikinci mərhələyə başlayırlar.
“Gələn ilin ortalarınadək preparatın hazırlanmasını başa çatdırmağı və onu mərhələli şəkildə bazara çıxarmağa başlamağı planlaşdırırıq”, – deyə nazir bildirib.