Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO

XƏBƏR XƏTTİ
Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•“Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar”•Hamilə qadın “ASAN xidmət”in qarşısında qətlə yetirildi: Qardaşı saxlanıldı•“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi – FOTOLAR•Temperatur 10° enəcək – Xəbərdarlıq•Məktəblərdə bir həftə dərs olmayacaq•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•“Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar”•Hamilə qadın “ASAN xidmət”in qarşısında qətlə yetirildi: Qardaşı saxlanıldı•“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi – FOTOLAR•Temperatur 10° enəcək – Xəbərdarlıq•Məktəblərdə bir həftə dərs olmayacaq•

Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Kamil Duniyevin ailəsində faciə baş verib.

Mecra.az-ın əldə etdiyi məlumata görə, Kamil Duniyevin anası Alimə Duniyeva vəfat edib.

Mərhum bu gün yaşadığı Cəlilabad rayon Əliabad kəndində dəfn edilib.

Qeyd edək ki, Kamil Duniyev Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan peşəkar zabitidir. O, Vətən müharibəsində oğlu Səfər Duniyevlə birlikdə iştirak edib. K.Duniyev Suqovuşanda minaya düşərək ayağını itirib.

O, 28 İL Azərbaycan Ordusunda xidmət edib  və “Qüsursuz xidmətlərə görə”, 1-ci, 2-ci, 3-cü dərəcəli medallara layiq görülüb.

Vətən müharibəsində isə göstərdiyi xidmətlərə görə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Redaksiyadan: Polkovnikə biz də redaksiyamız adından anasının vəfatına görə, dərin hüzünlə başsağlığı veririk.

Vasif ƏLİHÜSEYN

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt