Xocalıda torpaq icarəsi üçün müraciət qəbulu başlayır

XƏBƏR XƏTTİ
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı – VİDEO•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı – VİDEO•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•

Xocalı rayonunun Xanyurdu və Ballıca kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu davam edir.

Mecra.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki kəndə köç edəcək sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 15-dən sentyabrın 15-i günün sonunadək davam edəcək.

Ballıca və Xanyurdu kəndlərinə köç edəcək sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə birillik və çoxillik bitkilərdən – alma, armud, gilas, qoz, şaftalı, nektarin, ərik, şabalıq, xurma, çiyələk, qarağat, moruq, pomidor, xiyar, badımcan, bibər, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə və texniki), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı (dən və silos üçün), yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt