Magistraturaya boş qalan yerlərə qəbul elan edildi

XƏBƏR XƏTTİ
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı – VİDEO•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı – VİDEO•Birdəfəlik müavinətlərin ödəniş tarixi AÇIQLANDI•Yeraltı keçiddən keçməyən piyada həyatından oldu – VİDEO•Cəlilabadda Vətən müharibəsi iştirakçısına ağır itki üz verdi – FOTO•İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur•Dəniz Abbaslı – İstedadlar sorağında – FOTOLAR•Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı – VİDEO•Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi•

Avqustun 13-dən 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi elan edilib.

Mecra.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, boş qalan plan yerlərinə qəbul fevralın 16-sı və mayın 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Müsabiqəyə müəyyən minimal tələbləri ödəyən və ixtisas seçimində iştirak hüququ qazanan bakalavrlar buraxılırlar.

Vurğulanıb ki, magistraturaya qəbul olmuş bakalavrın müəyyən müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların indiki müsabiqədə iştirakına icazə verilmir.

Bakalavrlar müsabiqədə iştirak üçün avqustun 18-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisasların kodlarını qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisas kodunu seçə bilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt