Metroda doğulan körpə küvəzə salınıb – FOTO

XƏBƏR XƏTTİ
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə bildirişCəlilabadda “Mercedes” at arabası ilə toqquşdu – Üç nəfər yaralandıCəlilabadda ov tüfəngindən açılan atəş nəticəsində kişi xəsarət alıbBugünkü müşavirədən nələr yadda qaldı? – Ən vacib nüanslarQazax Rayon Psixiatriya Xəstəxanasında yanğın – 44 xəstə təxliyə edildi – FOTOLARSabahdan BDU-da dərslər onlayn rejimə keçirPaytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir – Rəsmiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARİrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə bildirişCəlilabadda “Mercedes” at arabası ilə toqquşdu – Üç nəfər yaralandıCəlilabadda ov tüfəngindən açılan atəş nəticəsində kişi xəsarət alıbBugünkü müşavirədən nələr yadda qaldı? – Ən vacib nüanslarQazax Rayon Psixiatriya Xəstəxanasında yanğın – 44 xəstə təxliyə edildi – FOTOLARSabahdan BDU-da dərslər onlayn rejimə keçirPaytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir – Rəsmiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan körpənin vəziyyəti qənaətbəxş deyil.

Mecra.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib: “Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır”.

E.Hidayətoğlu bildirib ki, vaxtından əvvəl – 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm-dir və kişi cinslidir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt