Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək

XƏBƏR XƏTTİ
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•

“Biletim.az” portalından bilet əldə edən vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə avtomatik verilir.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur:

“Bu funksionallığın təmin edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt