Cəlilabadda yeni lisey fəaliyyətə başlayır

XƏBƏR XƏTTİ
Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•

Bildirilir ki, 2025/2026-cı tədris ilində Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey fəaliyyətə başlayacaq.

Mecar.az-ın məlumatına görə, bu yenilik təhsilin məzmun və keyfiyyət baxımından daha da zənginləşdirilməsi, istedadlı şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Şagirdlərin liseyə qəbulu aşağıda qeyd edilən formada həyata keçiriləcəkdir;

Liseyə imtahanla qəbul 7, 8 və 9 siniflər üzrə aparılacaq,

Liseyə şagird qəbulu 16-17 avqust tarixlərində  📚Azərbaycan dili və 🧮riyaziyyat fənlərindən olmaqla imtahan yolu ilə həyata keçiriləcək,

Övladlarının liseyə qəbulu üçün imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatla bağlı hər hansı çətinlik və suallar yaranarsa, Cəlilabad rayonu üzrə təhsil sektoruna müraciət edə bilərsiniz.

Liseyə qəbul imtahanlarında iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayırıq.

Vasif ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt