Tramp İlham Əliyevin çıxışını paylaşdı – VİDEO

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım edib.

Videoda Azərbaycan Prezidenti Trampla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” ABŞ liderinin “Truth Social” şəbəkə hesabındakı paylaşımını təqdim edir.

Azərbaycan Prezidenti forumda bildirib: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür.

Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt